bazar, 04 may 2025

DÜNYA FUTBOLU

Keyn Avro-2020-ə kimi hazır olacaq

05.03.2020 11:31 Oxundu 385


İngiltərə millisinin və "Tottenhem"in zədəli futbolçusu Harri Keyn son durumu haqda danışıb.

Cempion.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, apreldə yaşıl meydanlara qayıtmağa hazırlaşdığını söyləyib:

"Avro-2020-yə kimi tam hazır olacağam. Hazırda əsas komanda ilə məşq edə bilmirəm. Ancaq idman zalında çalışıram və güclənirəm. Hansı oyunda qayıdacağımı dəqiq deyə bilmərəm, amma bunun aprelin ortalarına kimi olacağını düşünürəm".