bazar, 04 may 2025

BİZİM FUTBOL

Paşayevin komandası qalib gəldi

05.03.2020 12:20 Oxundu 504


Ukrayna Premyer Liqasında 21-ci tura yekun vurulub.

Cempion.az-ın məlumatına görə, millimizin futbolçusu Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" səfərdə "Karpatı" ilə qarşılaşıb və 4:0 hesabı ilə qalib gəlib.

P.Paşayev sözügedən matçda iştirak etməyib. Onun adı iştirak ərizəsinə salınmayıb.
 
Qeyd edək ki, "Aleksandriya" hazırda 37 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.