bazar, 04 may 2025

BİZİM FUTBOL

Kamran Ağayev aylar sonra üzə çıxdı, amma...

05.03.2020 14:00 Oxundu 476


Kamran Ağayev maydan üzü bu tərəfə «gözdən itib». Həm futboldan, həm də mediadan. Heç ictimaiyyət arasında da görünmür. Hər halda sorağını müxtəlif tədbirlərdən, meyxana məclislərindən almırıq. Qışda yenidən meydanlara dönəcəyi gözlənilirdi, bu da baş vermədi. «Səbail» də xidmətində maraqlı olmadı.

Olmaya, 34 yaşında karyerasını başa vurmağa hazırlaşır? Sonuncu dəfə «Keşlə»nin formasını geyinən Ağayev, ümumiyyətlə, futbolla maraqlanırmı indi? Dünən atılan Millətlər Liqasının püşkündən xəbəri varmı?

Cempion.az xəbər verir ki, aylar sonra üzə çıxan Kamran, nəhayət ki, medianın üzünə telefonunu açıb. Amma yenə danışmaq istəməyib. İş ondadır ki, sportinfo.az-ın əməkdaşı müxtəlif suallarla Kamrana müraciət edib, o isə yenə danışmaq istəmədiyini bildirib: «Qadası, mən danışmıram. Özüm və milli haqda nəsə söyləmək, müsahibə və açıqlama vermək istəmirəm».