bazar ertəsi, 02 iyun 2025

DÜNYA FUTBOLU

Türkiyə millisində növbəti itki

05.03.2020 14:20 Oxundu 451

 

Türkiyəı AVRO-2020 ərəfəsində növbəti itki ilə üzləşib.

Cempion.az xəbər verir ki, "ay-ulduzlular"ın müdafiəçisi Ozan Kabak sıradan çıxıb.

Almaniyanın "Şalke" klubunun formasını geyinən 20 yaşlı oyunçu Bundesliqanın XXIV turunda "Köln"lə matçın (0:3) 29-cu dəqiqəsində zədələnərək meydanı tərk edib.

Bu gün tibbi müayinədən keçən futbolçunun təqribən 9 - 12 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib.

Türkiyə millisinin heyətində Ozan Kabakdan əvvəl Merih Demiral, Yusuf Yazıcı və Cenk Tosun da sıradan çıxıb.

Avropa çempionatı 12 iyun - 12 iyulda olacaq. AVRO-2020-nin təqviminə əsasən, açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər.

İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Bakı Olimpiya Stadionunda təşkil olunacaq.