05.03.2020 18:07
433

“Everton” Meyson Holqeytin müqaviləsinin müddətini artırıb.
Cempion.az xəbər verir ki, 23 yaşlı müdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 2015-ci ildən “Everton”da çıxış edən Holqeyt, bu mövsüm Premyer Liqada 21 oyunda iştirak edib.