bazar, 04 may 2025

DÜNYA FUTBOLU

Ronaldinyo həbs oluna bilər

05.03.2020 12:40 Oxundu 433


Braziliya millisinin və İspaniya "Barselona"sının sabiq futbolçusu Ronaldinyo həbs oluna bilər.
 Cempion.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, Paraqvay prokuroru saxta sənədlərlə ölkəyə girməkdə şübhəli bilinən 40 yaşlı keçmiş yarımmüdafiəçinin həbsinə qərar verib.

Hazırda o qardaşı ilə birlikdə hüquq-mühafizə orqanları əməkdaşlarının nəzarəti altındadır. Ronaldinyo Paraqvaya uşaqlar üçün pulsuz bir sağlamlıq proqramı təqdim etmək üçün gedib. Daxili işlər nazirinin sözlərinə görə, prokuror keçmiş oyunçunun həbsini başa çatdırmalıdır. 

Qeyd edək ki, Ronaldinyo karyerası ərzində Fransanın "PSJ" və İtaliyanın “Milan” kimi tanınmış klublarının da formasını geyinib.