05.03.2020 12:07
378

ABŞ-ın “Nyu-York Kosmos” klubu futbolçusu Ansi Aqolliylə yeni müqavilə imzalamaq niyyətindədir.
Cempion.az xəbər verir ki, “Nyu-York Kosmos” 37 yaşlı albaniyalı müdafiəçiyə yeni – bir illik sözləşmə təklif edəcək. Komandanın baş məşqçisi Karlos Mendes də Aqollinin daha bir il komandada qalmasını istəyir.
Qeyd edək ki, 2019-cu ildə “Nyu-York Kosmos”a keçən Aqolli, 2012-2019-cu illər aralığında “Qarabağ”da forma geyinib.