bazar, 04 may 2025

DÜNYA FUTBOLU

Canni de Byazidən açıqlama

05.03.2020 14:40 Oxundu 416


Adı Azərbaycan milli komandasıyla hallanan Canni de Byazi İtaliya mətbuatına müsahibə verib.
Cempion.az xəbər verir ki, “Corriere di Torino”ya danışan italyan mütəxəssis, bir Avropa ölkəsindən təklif aldığını və cavab gözlədiyini deyib:

“İranla çoxdan danışıqlar olmuşdu, ancaq sonra problemlər yarandı. A Seriyasından bəzi klublarla görüşdüm və “yox” dedim. İndi Avropadan bir milli komandadan cavab gözləyirəm. Ümid edirəm ki, bir neçə günə həll olunacaq”.

Qeyd edək ki, Byazinin sonuncu iş yeri İspaniyanın “Alaves” klubu olub. O, 2011-2017-ci illərdə Albaniya millisinə başçılıq edib. De Byazinin rəhbərliyi altında bu komanda tarixində ilk dəfə 2016-cı ilin Avropa çempionatına vəsiqə qazanıb.