bazar, 04 may 2025

DÜNYA FUTBOLU

UEFA yeni çempionlar Liqası təşkil edəcək

05.03.2020 15:30 Oxundu 411


UEFA və ABŞ-ın "Relevent Sport" şirkəti klublar arasında yeni böyük turnirin yaradılmasını təklif edib.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 2013-cü ildən baş tutan Beynəlxalq Çempionlar Kubokunun əsasında 2021-ci ilin yayından Yay Çempionlar Liqasının təşkili gündəmdədir. Avropa futbol qurumunun rəhbərliyi yeni turnirə rəsmi status və yarış xarakteri vermək niyyətindədir. Təsnifat, qrup və "pley-off" mərhələlərinin keçirilməsi planlaşdırılır. 

Yeni layihənin İngiltərə Premyer Liqasındakı bir sıra klublara təklif olunduğu və "Mançester Yunayted", "Mançester Siti", "Arsenal", "Liverpul" və "Tottenhem"in razılıq verdikləri bildirilir. Bu klublar yarışda iştirak qarşılığında istədikləri məbləği də təşkilatçıların diqqətinə çatdırıblar. 

Qeyd edək ki, "Relevent Sport" Beynəlxalq Çempionlar Kubokunun təşkilatçısıdır.