bazar, 04 may 2025

DÜNYA FUTBOLU

 "PSJ"-də qərar verildi

05.03.2020 16:30 Oxundu 402


Fransanın "PSJ" klubu hücumçusu Neymarı transferə çıxara bilər.
Cempion.az Fransa mətbuatına istinadən xəbər verir ki, buna səbəb Paris klubunun digər hücumçusu Kilian Mbappeni komandada saxlamaq niyyətində olmasıdır. Fransalı futbolçunu saxlamaqda qərarlı olan klub, Neymar və başqa bir futbolçunun satılmasına razıdır. Klub, Neymarı sataraq, Mbappeyə yüksək məvacib təklif etmək niyyətindədir.

Keçən yay “Barselona” Neymarı yenidən heyətinə qatmaq istəsə də, PSJ-nin yüksək təzminat tələbi ilə razılaşmamışdı.

Mbappenin PSJ ilə müqaviləsi 2022-ci ilin iyulunadək nəzərdə tutulub.