05.03.2020 16:45
404

"Norviç"in qapıçısı Tim Krulun İngiltərə kubokunun 1/8 finalında "Tottenhem"lə matçda maraqlı üsuldan istifadə etdiyi məlum olub.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, görüşün qəhramanı penaltilər seriyasında şparqalka sayəsində komandasına uğur qazandırıb. Belə ki, 31 yaşlı qolkiper Troy Parrott və Jedson Fernandeşin zərbələrindən əvvəl şüşə butulkadan su içib. Sonradan məlum olub ki, həmin butulkanın üzərində "Tottenhem"in futbolçularının penaltini hansı künclərə vuracağı yazılıb.
Qeyd edəki ki, "Norviç" əsas vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə penaltilər seriyasında 3:2 qalib gələrək növbəti mərhələyə yüksəlib.