bazar, 04 may 2025

DÜNYA FUTBOLU

"Çelsi" ilə müqavilə müddətini uzatmaqdan imtina edib

05.03.2020 18:27 Oxundu 446


"Çelsi"nin futbolçusu Villian klubu ilə müqaviləmüddətini uzatmaqdan imtina edib.

Cempion.az "The Sun" nəşirinə istinadən xəbər verir ki, o, bu ilin iyununda başa çatacaq müqavilənin müddətinin daha 2 il uzadılması ilə bağlı təklifi qəbul etməyib. Bu isə o deməkdir ki, braziliyalı hücumçu yayda böyük ehtimalla London təmsilçisini tərk edəcək.

Qeyd edək ki, Villianla "Yuventus" və "Barselona"nın maraqlandığı iddia olunur.