bazar, 04 may 2025

BİZİM FUTBOL

Liderdən məğlubiyyət, "Qarabağ"dan qələbə

05.03.2020 22:47 Oxundu 406

Azərbaycan birinci divizionunda 18-ci tura start verilib.
Cempion.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
 
Lider “Səbail-2” səfərdə “Zaqatala”ya məğlub olub. “Sabah”la “Neftçi”nin əvəzedicilərinin duelində qalib müəyyənləşməyib. “Qarabağ”ın əvəzediciləri isə “Qaradağ Lökbatan” üzərində qələbəyə sevinib.


5 mart
 
"Zaqatala" – "Səbail-2" - 2:0
Qol:
 İbrahim Qədirzadə, 45. Ramin Əhmədov, 77.
 
"Sabah-2" – "Neftçi"-2 1:1
Qol:
 Zahid Mərdanov, 45+3-pen – Hüseyn Hüseynzadə, 74.
 
"Qarabağ-2" – "Qaradağ Lökbatan" - 2:0
Qol:
 Cavid Bayramov, 31. Elvin Talıbov, 63.

Qeydv edək ki, bu nəticələrdən sonra "Səbail-2" 35 xalla liderdir. "Turan Tovuz" 34 xalla 2-ci, "Sabah-2" 32 xalla 3-cüdür