bazar, 04 may 2025

DÜNYA FUTBOLU

İngiltərə Premyer Liqasında əl sıxmaq qadağası

06.03.2020 10:25 Oxundu 427


İngiltərə Premyer Liqasında bu həftədən etibarən matçlardan əvvəl futbolçular və məşqçi heyətinin öz aralarında əl sıxmasına qadağa qoyulub.

Cempion.az Premyer Liqanın rəsmi saytına istinadən xəbər verir ki, sürətlə yayılan koronavirusla mübarizə məqsədilə bu qərar verilib.

Qeyd edək ki, bundan əvvəl eyni addımdan Belçika liqasında istifadə olunmuşdu.