bazar, 04 may 2025

DÜNYA FUTBOLU

"Sportinq"də yeni baş məşqçi

06.03.2020 11:15 Oxundu 433


Lissabon "Sportinq"inin yeni baş məşqçisi müəyyənləşib.

Cempion.az klubun saytına istinadən xəbər verir ki, Silasın istefaya göndərilməsindən sonra boş qalmış vəzifəyə Ruben Amorum təyin edilib. O, bu mövsüm "Braqa"nı çalışdırıb.

Qeyd edək ki, "Sportinq" Avroliqanın 1/16 finalında "Başakşəhər"ə uduzaraq mübarizəni dayandırıb. Komanda Portuqaliya liqasında hazırda 23 turdan sonra 39 xalla 4-cü pillədə qərarlaşıb.