bazar, 04 may 2025

DÜNYA FUTBOLU

40 yaşında karyerasını bərpa etdi

06.03.2020 13:30 Oxundu 520

ABŞ millisinin sabiq qapıçısı Tim Hovard karyerasını bərpa edib.

Cempion.az xəbər verir ki,  ötən ilin oktyabrında karyerasını bitirən 40 yaşlı qolkiper ABŞ-ın II Liqasında (USL) mübarizə aparan "Memfis 901" ilə müqavilə bağlayıb. Bu barədə kubun saytı məlumat yayıb. Müqavilə müddəti açıqlanmayıb.

Hovard həm də klubun səhmlərinin bir hissəsinə malikdir. O, eyni zamanda klubun idman direktoru olacaq.

Qeyd edək ki, amerikalı qapıçı  Avropada “Mançester Yunayted” və “Everton” klublarında da çıxış edib. O, ABŞ yığmasında 121 oyun keçirib.