bazar, 04 may 2025

BİZİM FUTBOL

“Sumqayıt” futbolçularına İrana getməyə icazə verməyəcək 

06.03.2020 14:00 Oxundu 485

Hazırda koronmovirus səbəbindən dünyanın əksər ölkələrində futbol çempionatlarında oyunlar təxirə salınır. Bizdə hələ ki belə hal olmasa da mümkünsüz də deyil. Elə PFL prezidenti Ramin Musayev da mətbuata açıqlamasında bunu istisna etməmişdi. Bəs belə olacağı təqdirdə ölkəmizdə top qovan iranlı futbolçulara öz ölkələrinə getmək üçün icazə veriləcəkmk?

Cempion.az xəbər verir ki, çempionatda fasilə yaranacağı halda “Sumqayıt” heyətində yer alan Peyman Babayi ilə Mehdi Şərifini İrana getməyə qoymayacaq.

Bununla bağlı onların özünə də xəbərdarlıq edilib və futbolçular da bunu anlayışla qarşılayıb.