06.03.2020 17:00
492

«Neftçi»nin keçmiş məşqçisi Həbib Ağayev bundan sonra yığmada çalışacaq.
Cempion.az xəbər verir ki, AFFA gənc mütəxəssisə U-18-də iş verib.
O, Elxan Abdullayevin analitika üzrə köməkçisi təyin olunub. Ağayev son vaxtlar «Leon» Uşaq Futbol Akademiyasının baş koordinatoru işləyib.
Beləliklə, Abdullayevin yardımçılarının sayı 3-ə çatıb. «Sabah»ın akademiyasından ayrılan Hüseynqulu Quliyevlə yanaşı, Faiq Əzizov da millidə özünə yer edib. (sportinfo.az)