bazar, 04 may 2025

BİZİM FUTBOL

“Neftçi” ev oyunlarını bazada keçirə bilər: xərclərdən azad olmaq üçün

06.03.2020 18:00 Oxundu 533

"Neftçi"nin aşağı yaş qruplarından ibarət komandası növbəti mövsümdən məşqlərini və ev oyunlarını Bakıxanovdakı inşaası tamamlanmamış bazasında keçirə bilər.

Cempion.az-a daxil olan məlumata görə, "ağ qaralar"ın rəhbərliyi bu məqsədlə AFFA-ya müraciət etmək istəyir.

Səbəb isə əlavə xərcləri azaltmaqdır. Çünki "Neftçi"nin aşağı yaş qruplarından ibarət komandaları hazırda məşq və oyunlarını müxtəlif stadionlarda keçirirlər ki, bu da klubun büdcəsindən əlavə vəsaitin xərclənməsinə gətirib çıxardır.