06.03.2020 10:45
411

"Mançester Yunayted" İngiltərə kubokunun 1/8 final qarşılaşmasında "Derbi Kaunti"yə qalib gəlib.
Cempion.az xəbər verir ki, oyuna sürətli hücumlarla başlayan "qırmızı şeytanlar” rəqib qapısından 3 cavabsız qol keçiriblər.
Qarşılaşmada hesab ilk hissədə açılıb. 33-cü dəqiqədə Lük Şou möhtəşəm qola imza atıb. Odion İqalo isə dubl edib.
Qeyd edək ki, “Derbi Kaunti”nin heyətində meydana əvvəllər “Mançester Yunayted”in oyunçusu olmuş Ueyn Runi çıxıb. Lakin o komandasına kömək edə bilməyib.
"Mançester Yunayted" 1/4 finalda "Norviç”lə qarşılaşacaq. “Norviç” "Tottenhem”i yenib.