06.03.2020 11:30
439

AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Ştuxlik beynəlxalq oyuna təyinat alıb.
Cempion.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, avstriyalı funksioner 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə qrup mərhələsinin Ukrayna – Şimali İrlandiya qarşılaşmasının hakim-inspektoru olacaq.
Qeyd edək ki, görüş martın 31-də Lvov şəhərində keçiriləcək.