bazar, 04 may 2025

BİZİM FUTBOL

Region Liqasının oyunları təxirə salınıb

06.03.2020 12:15 Oxundu 446


AFFA-nın təşkilatçılığı ilə keçirilən Region Liqasının oyunları təxirə salınıb.
Cempion.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

AFFA-nın təşkilatçılığı ilə keçirilən Region Liqasının oyunlarına azarkeş marağının yüksək olması, qızlardan ibarət komandaları arasında keçirilən Yüksək Liqada isə heyətlərdə şagir və tələbələrin yer alması ilə əlaqədar, profilaktik tədbirlər nəzərə alınaraq hər iki turnirin bu həftə keçirilməsi planlaşdırılan oyunları təxirə salınıb.

Sözügedən addım koronavirus (COVİD – 19) infeksiyasına yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə atılıb.