
Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo Paraqvayda həbsdən azad edilib.
Cempion.az xəbər verir ki, bir müddət əvvəl Paraqvay hökuməti 39 yaşlı keçmiş yarımmüdafiəçi və qardaşı Assisi sənədləri saxtalaşdırmada ittiham edərək göz altına almışdı. Qardaşlar səhvlərini etiraf etdikdən sonra sərbəst buraxılıblar.
Ölkəyə saxta sənədlə girməkdə şübhəli bilinən keçmiş yarımmüdafiəçinin saxlanılmasına martın 5-də Paraqvay prokuroru order verib. Polis Ronaldinyonun qardaşı ilə birgə qaldığı oteldə axtarış aparıb.
"O, polislərə Braziliya pasportunu və şəxsiyyət vəsiqəsini göstərib. Nəyisə gizlətmək istəsəydi, bu sənədləri təqdim etməzdi. Ronaldinyo heç bir cinayət əməli törətməyib" deyə vəkili bildirib.
Qeyd edək ki, Ronaldinyo dünya çempionu və "Qızıl top"un sahibi olub.