
Niderland "Ayaks"ının köməkçi-məşqçisi Kristian Poulsen koronavirus xəstəsi ilə təmasdan sonra karantin altındadır.
Cempion.az İngiltərə mətbuatına istinadənxəbər verir ki, Poulsen və Amsterdam təmsilçisinin digər iki əməkdaşı infeksiyanın yayılma təhlükəsi ilə əlaqədar martın 13-dək evdə qalmalarına dair göstəriş alıb.
Futbolçu ötən həftə bayram naharında iştirak edib. Təntənəli mərasim iştirakçılarından birinin koronavirus analizi müsbət nəticə verib.
Poulsen Almaniyanın "Şalke", İspaniyanın "Sevilya", İtaliyanın "Yuventus", İngiltərənin "Liverpul" və Fransanın "Evian" klublarında da forma geyinib. Onun aktivində Danimarka millisində 92 oyun və 6 qol var.
Danimarka millisinin sabiq oyunçusu Tomas Kalenberqin koronavirusa yoluxduğu üzə çıxıb. O, bu yaxınlarda Amsterdama səfəri vaxtı infeksiyaya yoluxub.