06.03.2020 14:15
421

“Monako” klubunun futbolçusu Jelson Martinsə ağır cəza verilib.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, hücumçu Fransa Liqa 1-in 22-ci turunun “Nim”lə qarşılaşmasında (1:3) baş hakim Mikael Lesajı itələdiyi üçün qırmızı vərəqə alaraq, meydandan qovulmuşdu. 25 yaşlı futbolçu daha sonra referini itələyərək, etirazını bildirmişdi.
Qeyd edək ki, Fransa Futbol Federasiyasının İntizam Komitəsi Martinsi 6 aylıq diskvalifikasiya edib. Futbolçunun cəzasının müddəti fevralın 6-dan hesablanacaq.