06.03.2020 15:45
500

Koronavirus epidemiyası səbəbindən İtaliya A Seriyasının 25-ci turundan təxirə salınan üç oyunun keçirilmə vaxtı məlum olub.
Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Atalanta” – “Sassuolo”, “Verona” – “Kalyari” və “Torino” – “Parma” oyunları martın 18-də baş tutacaq. Hər üç qarşılaşma azarkeşsiz oynanılacaq.
Qeyd edək ki, İtaliya A Seriyasının 25-ci turundan təxirə salınan “İnter” – “Sampdoriya” matçının isə vaxtı hələ məlum deyil.