bazar, 04 may 2025

BİZİM FUTBOL

Azərbaycan - Polşa oyununun hakimləri məlum olub

06.03.2020 12:53 Oxundu 419


Futbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin Bakıda Polşa yığması ilə keçirəcəyi Avropa çempionatının seçmə mərhələ oyununun təyinatları müəyyənləşib.
Cempion.az xəbər verir ki, qarşılaşma Rumıniyadan olan hakimlər briqadasına tapşırılıb. 

Baş hakim Kristiana Marianaya yan xətt hakimləri Petruta Luqulesku və Daniela Konstantinesku kömək edəcək. Dördüncü hakim funksiyasını isə Luliana Demetresku yerinə yetirəcək. UEFA nümayəndəsi isə italiyalı Marta Atsori olacaq.

Qeyd edək ki, martın 11-də "ASK Arena"da keçiriləcək Azərbaycan - Polşa matçı saat 18:00-da başlayacaq.