06.03.2020 16:45
494

Futbol üzrə Fransa kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib.
Cempion.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçrilib.
PSJ səfərdə Lion “Olimpik”i ilə qarşılaşıb. Altı qolun qeydə alındığı qarşılaşmada Paris təmsilçisi darmadağına imza atıb.
Digər yarımfinal görüşü “Sent-Etyen”lə “Renn” arasında baş tutub. Üç qolluq qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
Beləliklə, aprelin 25-də baş tutacaq final görüşündə PSJ ilə “Sent-Etyen” üz-üzə gələcək.
Fransa kuboku, yarımfinal
4 mart
''Lion" – ''PSJ'' 1:5
Qol: Terrye, 11 – Mbappe, 14; 70; 90+3. Neymar, 64-pen. Sarabia, 82.
5 mart
''Sent Etyenn'' – ''Renn'' 2:1
Qol: Kolodzeyçak, 43. Budebuz, 90+4 – Nyanq, 33-pen.