
Bir neçə gün əvvəl hamının maraqlagözlədiyi UEFA Millətlər Liqasının püşkü atıldı. Püşkə görə, yığmamız 2020/21 mövsümündə C Liqasında Monteneqro, Kipr və Lüksemburq yığmaları ilə ilk yer uğrunda mübarizə aparacaq.
Hazırda baş məşqçi postu boş qalan millimizin hansı nəticənigöstərəcəyihərkəsdəmaraq doğurur. Azərbaycan millisi bu qrupda ilk pilləni tuta bilərmi, yoxsa AÇ-2020-nin seçməmərhələsində olduğu kimi, bu dəfədəməyusedicinəticəolacaq?
Bəs Azərbaycan millisinin rəqibləri haqqında nə bilirik?
Monteneqro milli komandası
Monteneqro milli komandası FİFA reytinqində 64-cü yerdə qərarlaşıb. Yığma dünya sıralamasında da qrupundakı bütün komandalara yuxarıdan aşağı baxır. Bu yığma qrupun əsas favoriti kimi göstərilir. Komandanı Faruk Hacibeqiç çalışdırır. 62 yaşlı mütəxəssis 2019-cu ilin yayında baş məşqçi postuna gətirilib. Monteneqro millisinin dəyəri 29,85 milyon avrodur. Yığmanın ən bahalı futbolçusu Adam Marusiçdir. “Latsio”da forma geyinən yarımmüdafiəçinin dəyəri 7 milyon avrodur.
Monteneqro milli komandası Millətlər Liqasında ilk dəfə Serbiya, Rumıniya və Litva ilə bir qrupda mübarizə aparıb. 7 xal toplayan monteneqrolular qrupu 3-cü pillədə tamamlayıb.
Monteneqro millisi AÇ-2020-nin seçmə mərhələsində İngiltərə, Çexiya, Kosovo və Bolqarıstanla bir qrupda mübarizə aparıb. 8 oyunda qələbə qazana bilməyən yığma, 3 xalla sonuncu pilləni tutub. Monteneqrolular bu oyunlarda 3 qol vurub, 22-sini də buraxıb.
Azərbaycan milli komandası Monteneqro yığması ilə bir dəfə – 2010-cu ildə yoxlama oyununda qarşılaşıb. Görüş monteneqroluların 2:0 hesablı qələbəsiylə bitib.
Azərbaycan klubları 7 dəfə Monteneqro təmsilçiləriilə üz-üzə gəlib. Biri yoxlama oyunu olan qarşılaşmalarda yalnız iki qələbə var. Keçmiş “Bakı” klubu “Buduçnost”u Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində səfərdə 2:1 hesabı ilə məğlub edib. “Qarabağ” Çempionlar Liqasının təsnifat mərhələsi çərçivəsində “Rudar”la keçirilən səfər qarşılaşmasında qələbə qazanıb – 1:0. Azərbaycan klublarının hər iki qələbəsi səfər görüşünə təsadüf edib.
Kipr milli komandası
Kipr millisi bundan əvvəl ki Millətlər Liqasında C qrupunda mübarizə aparıb. Norveç, Bolqarıstan və Sloveniya ilə eyni qrupda yarışan Kipr, 5 xal toplayaraq 3-cü yeri tutub. Kipr FİFA reytinqində bizi geridə qoyur. Bu yığma komandanın dəyəri 13,1 milyon avrodur. Kipr milli komandasının başında belçikalı mütəxəssisYohan Valem durur. Baş məşqçi yığmanın sükanı arxasına bu ilin yanvarında gətirilib. Millinin ən dəyərli futbolçusu isə Pieros Sotiriodur. Hazırda Qazaxıstanın “Astana” klubunda forma geyinən hücumçunun qiyməti 1,7 milyon avrodur.
Millimizin yolu heç vaxt Kipr yığması ilə kəsişməsədə, klublarmız bu ölkənin təmsilçiləri ilə10 dəfə qarşılaşıblar. “Qarabağ”, “Qəbələ”, “Neftçi” Avrokuboklar çərçivəsindəki yarışlarda üz-üzə gəlib və bu oyunlarda iki dəfə qələbə qazanılıb. Bu qələbələr “Neftçi” və “Qarabağ”a aiddir. Hər iki komanda APOEL-i məğlub etməyi bacarıb.
Lüksemburq milli komandası
Lüksemburq milli komandasını “cırtdan ölkə”ni təmsil etdiyi üçün bəzi futbol mütəxəssisləri bu ölkəni qrupun zəif komandası hesab edir. Amma bunu nəzərdən qaçırmamalıyıq ki, bu komanda UEFA-nın son reytinqində 98-ci sıradadır. Qeyd etmək yerinə düşər ki, “cırtdan ölkə” təmsilçisi FİFA sıralamasında millimizi 16 pillə geridə qoyur. Azərbaycan yığması reytinqdə 114-cü sırada qərarlaşıb.
İlk MillətlərLiqasıturnirində D Liqasındamübarizəaparan Lüksemburq millisi 10 xalla qrup 2-cisi olub.
Hal-hazırda Lüksemburq millisinin sükanı arxasında Lyuk Holtsdur. O, 2010-cu ildən yığmaya rəhbərlik edir. Lüksemburq AÇ-2020-nin seçmə mərhələsinin B qrupunda Litva, Serbiya, Ukrayna və Portuqaliya yığmaları ilə mübarizə aparıb və 4 xalla, qrupu 4-cü sırada tamamlayıb. Seçmə mərhələdə 7 qol vuran komanda, 16 top buraxıb. Lüksemburq millimizi hər cəhətdən üstələyir.
Millimiz bu günə kimi Lüksemburq yığmasıilə üç dəfə qarşılaşıb. Bu görüşlərdən biri yoxlama, ikisi isə rəsmi olub. DÇ-2014-ün seçmə mərhələsində bir qrupda mübarizə aparan komandaların hər iki oyunu bərabərliklə bitib. Bakıdakı qarşılaşma1:1, Lüksemburqdakı oyun isə 0:0 hesabı ilə nəticələnib. Azərbaycan millisi bir dəfə – 2010-cu ildə yoxlama oyununda lüksemburqluları məğlub edib – 2:1.
Azərbaycan klubları avrokuboklarda 10 dəfəLüksemburq komandaları ilə qarşılaşıb. Bu oyunlarda 7 qələbə qazanılıb, 2 dəfə də məğlubiyyət yaşanıb. “Qarabağ” “Düdelanj”, “Zirə” “Differdanj”, “Qəbələ” “Proqress” və “İnter” (indiki “Keşlə”) isə “Fola EŞ” klubları ilə qarşılaşıb. Lüksemburqlularla görüşlərdəki məğlubiyyəti “Qəbələ” və “İnter” klubları alıb.