bazar, 04 may 2025

ŞAHMAT

Ukraniyalı şahmatçılar Rusiyada vəfat edib

06.03.2020 17:45 Oxundu 538

Rusiyanın paytaxtı Moskvada şahmatçılar Stanislav Boqdanoviç və sevgilisi Aleksandra Verniqoranın meyiti tapılıb.
 Cempion.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə yerində azot oksidi ilə dolu olan hava şarları aşkarlanıb. Bu üzdən ilkin olaraq ukraynalı zəka sahiblərinin ölümünün qazla bağlılığı ehtimal edilir. Hadisə ilə bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, 27 yaşlı Boqdanoviçlə 18 yaşlı Verniqora Odessa vilayətindəndir. Son vaxtlar hər iki şahmatçı Moskvada yaşayırdı.