bazar, 04 may 2025

DÜNYA FUTBOLU

Çeferin: "İrqçiliyə görə ən sərt cəza tətbiq oluna bilər"

06.03.2020 18:20 Oxundu 509

UEFA prezidenti Aleksander Çeferin azarkeşlərin irqçi şüarlarına görə komandaların xallarının silinəcəyini və ya yarışlardan çıxarılacağını istisna etməyib.
Cempion.az xəbər verir ki, Britaniya mətbuatına açıqlama verən sloveniyalı funksioner bunları söyləyib: “Bəli, bu mümkündür. Bir komandanın oyununda eyni hallar təkrarlanacağı halda, ən sərt cəza tətbiq oluna bilər.Doğrudur,əslində bu məsələ UEFA-ya heç bir fayda verməyəcək. Amma biz bununla oyunçulara dəstək olacağıq. Meydanda ədalətli mübarizə aparan futbolçunu təhqir etməyə və alçaltmağa heç kimin haqqı yoxdur”.

Qeyd edək ki, “Mançester Siti”nin futbolçusu Rahim Sterlinq irqçilik edən azarkeşlərin komandalarının hesabından 9 xalın silinməsini təklif kimi irəli sürmüşdü.