bazar, 04 may 2025

DÜNYA FUTBOLU

Fransa klubundan maraqlı qadağa

06.03.2020 19:20 Oxundu 494


Fransanın "Marsel" klubunda futbolçulara koronavirusla bağlı bəzi qadağalar qoyulub.
Cempion.az xəbər verir ki, bu barədə yerli mətbuata açıqlamasında komandanın futbolçusu Valer Jermen deyib.

30 yaşlı hücumçunun sözlərinə görə, klubun tibbi personalı oyunçulara matç vaxtı əl sıxmaq və qucaqlaşmağı qadağan edib: "Bu gün "Amyen"ə qol vursaq, bunu müəyyən məsafədən qeyd etmək üçün variant icad etməliyik".

Qeyd edək ki, Liqa 1-də turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "Marsel" bu gün XXVIII tur çərçivəsində evdə "Amyen" klubu ilə qarşılaşacaq.