bazar, 04 may 2025

DÜNYA FUTBOLU

Sezar Luis Menotti "Onun hər zaman nəyisə həll etməsini gözləyə bilməzsiz"

06.03.2020 19:40 Oxundu 518


Argentina milli komandasının keçmiş baş məşqçisi Sezar Luis Menotti “Barselona”nın futbolçusu Lionel Messi haqda danışıb.
Cempion.az xarici mətbuata istinadən xəbər verir ki, Menotti azarkeşlər tərəfindən Messiyə çox təzyiqlər olduğunu deyib:

“Messi gün ərzində 1000 kəklik vuran ovçu kimidir. 999 dənə vursa, o demək deyil ki, pisdir. Onun hər zaman nəyisə həll etməsini gözləyə bilməzsiz.

Messi üçün yox, “Barselona” üçün narahatam. Kike Setyen yeni gəlib. O, yarımmüdafiəni qurmaq üzrədir. Ancaq indi Xavi və İnyesta kimi futbolçuları tapmaq çətindir”.