bazar, 04 may 2025

DÜNYA FUTBOLU

Veyn Runi: "Qısa zamanda komandadan dönüş gözləməyə dəyməz"

06.03.2020 20:00 Oxundu 645

Veyn Runi “Mançester Yunayted”in problemlərindən danışıb.
Cempion.az xəbər verir ki, Hazırda “Derbi Kaunti”də oynayan hücumçu İngiltərə kubokunda sabiq komandası ilə görüş ərəfəsində bunları söyləyib: “Mançester Yunayted” təxminən 2-3 ildən sonra çempionluq uğrunda mübarizəyə qoşula bilər.Bunun üçün bəzi futbolçularla vidalaşmalı və daha yüksək səviyyəli oyunçular almalıdır. Qısa zamanda komandadan dönüş gözləməyə dəyməz. “Qırmızı şeytanlar” Van Qal və Mourinyonun dövründə buna cəhd etmişdi. Məsələn, “Liverpul” indiki heyəti qurmaq üçün illərini xərcləyib. Qvardiola da “Mançester Siti”yə öz üslubunu təlqin etmək üçün xeyli vaxt itirib. İndiki məqamda “Mançester Yunayted” rəhbərliyi və klubun azarkeşləri səbrli olmalıdır”.