07.03.2020 12:15
494

Almaniya Bundesliqasında 25-ci tura start verilib.
Cempion.az xəbər verir ki, açılış oyununda "Köln" "Paderborn"un qonağı olub. Matç meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
"Paderborn" - "Köln" - 1:2Qollar: Mere, 28 (0:1), Hektor, 36 (0:2), Srbeni, 73 (1:2)
Bu qələbə ilə xalını 32-ə yüksəldən "Köln" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. "Paderborn" isə 16 xalla 18-ci-sonuncu pillədə qalıb. Turnir cədvəlinə 52 xalla "Bavariya" başçılıq edir. "Leyptsiq" 49 xalla 2-ci, Dortmund "Borussiya"sı 48 xalla 3-cüdür.