cümə, 20 iyun 2025

DÜNYA FUTBOLU

72 yaşında yeni müqavilə

07.03.2020 18:03 Oxundu 505


“Kristal Pelas” baş məşqçisi Roy Hocsonun müqaviləsinin müddətini artırıb.

Cempion.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

72 yaşlı mütəxəssislə müddəti 2021-ci ilin yayına qədər olan yeni sözləşmə imzalanıb.

2017-ci ildən “Kristal Pelas”ı çalışdıran Hocsonun əvvəlki müqaviləsi mövsümün sonuna qədər idi. “Kristal Pelas” hazırda Premyer Liqada 12-ci sıradadır.