07.03.2020 11:22
535

İngiltərənin “Arsenal” klubunun yay transfer pəncərəsi üçün planı müəyyənləşib.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “topçular” mövsümün sonunda üç futbolçu ilə yollarını ayıracaq. Məsut Özil, Matteo Gunduzi və Sokratis Papastatopulos baş məşqçi Mikel Artetanın planlarına daxil deyil. Əvəzində “Arsenal” “Feyenoord”un gənc futbolçusu Orkun Kökcünü heyətinə qatmaq niyyətindədir. London klubunun 19 yaşlı futbolçu üçün 23 milyon funt-sterlinq ödəməyə hazır olduğu bildirilir.
Qeyd edək ki, Türkiyənin 21 yaşadək futbolçulardan ibarət millisinin üzvü olan Kökcü, cari mövsümdə iştirak etdiyi 34 oyunda 3 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Sabah”ın futbolçusu Ozan Can Kökcünun qardaşıdır.