bazar, 04 may 2025

DÜNYA FUTBOLU

İtaliyalılar avrokuboklardan kənarda qaldı

07.03.2020 13:00 Oxundu 487

Çempionlar Liqası və Avroliqada növbəti görüşlərə İtaliyadan hakimlər cəlb olunmayacaq.
Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, ölkədə koronavirus kütləvi yayıldığından xəstəliyə yoluxma təhlükəsini minimuma endirmək üçün UEFA müvəqqəti olaraq məcburən belə bir addım atmağı qərara alıb.
Xatırladaq ki, bundan əvvəl Daniele Orsato Çempionlar Liqasının 1/8 finalında “Real” və “Mançester Siti” arasında ilk oyunu idarə etmiş, Avropa Liqasının 1/16 finalında isə İtaliyanın digər referiləri Marko Quida və Davide Massa müvafiq olaraq “Espanyol” – “Vulverhempton” və “Arsenal” – “Olimpiakos” görüşlərində komandaları meydana çıxarmışdılar.