bazar, 04 may 2025

DÜNYA FUTBOLU

Florentino Peres : “Mövsümün ən vacib dövrünə başlayırıq"

07.03.2020 13:10 Oxundu 494


UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində “Mançester Siti” ilə qarşılaşacaq “Real”ın prezidenti Florentino Peres açıqlama verib.
Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəhbəri, bu mövsüm ÇL-in qalibi olmaq istədiklərini bildirib:

“Mövsümün ən vacib dövrünə başlayırıq. Mümkünsüz kimi görünən işlərin öhdəsindən gəlmək üçün “Real” azarkeşlərinin dəstəyinə ehtiyacımız var. Klub olaraq Avropada 13-ü futbolda, 10-u basketbolda olmaqla, 23 kubok qaldırmışıq. Bu mövsüm üç titul qazanmağımız daha artığını istəməyimzə səbəb olur. “Real” heç vaxt mübarizə aparmaqdan imtina etməz”.

“Real” öz meydanında keçirdiyi ilk oyunda “şəhərlilər”ə 1:2 hesabı ilə məğlub olmuşdu. Cavab oyunu martın 18-də, İngiltərədə keçiriləcək.