07.03.2020 13:25
542


İngiltərə Premyer Liqasında ikinci sırada olan ''Lester Siti'' Çağlar Söyüncü ilə müqavilə müddətini uzatmaq istəyir.
Cempion.az ''Sky Sport'' nəşirinə istinadən xəbər verir ki, başda ''Mançester Siti'' olmaqla yanaşı digər Avropa klublarının gündəmində olan türkiyəli futbolçu ''Lester Siti'' ilə müqavilə müddətini uzatmaq niyyətindədir.
Xəbərdə bildirilir ki, klub rəsmiləri Söyüncünün meneceri ilə görüşmələrə başlayıb.
Qeyd edək ki, ''Lester'' formasıyla bu mövsüm 34 oyuna çıxan müdafiəçi 1 qol və 1 asistlə yadda qalıb.