bazar, 04 may 2025

DÜNYA FUTBOLU

Koronavirusun İtaliya futboluna vurduğu ziyan açıqlanıb

07.03.2020 13:38 Oxundu 471


Son günlərdə bütün dünyada yayılan koronavirus epidemiyasının İtaliya futboluna vurduğu ziyan açıqlanıb.
Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, virus səbəbiylə A Seriyası oyunlarının bir neçəsinin ləğv olunması, eyni zamanda, azarkeşsiz keçirilməsi İtaliya klublarına maddi ziyan baxımından güclü zərbə vurub. 

Məlumatda, oyunların təxirə salınmasının klubların gəlirlərinə böyük təsir etdiyi qeyd olunub. Epidemiya səbəbiylə klubların ümumilikdə təxminən 30 milyon avro ziyana düşdüyü bildirilir.

Qeyd edək ki, A Seriyası klublarından ən çox ziyan görən isə “Yuventus” olub. “Qoca sinyora”nın təxirə salınan və salınması ehtimal olunan oyunlar səbəbiylə 12 milyon avrodan artıq maddi zərər gördüyü deyilir.