bazar, 04 may 2025

DÜNYA FUTBOLU

Premyer Liqada 29-cu tura start veriləcək

07.03.2020 14:38 Oxundu 345


Bu gün İngiltərə Premyer Liqasında 29-cu tura start veriləcək.
Cempion.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçiriləcək. Turun açılış oyununda lider “Liverpul” doğma azarkeşləri önündə “Bornmut”u qəbul edəcək.

“Arsenal” “Vest Hem”i, “Tottenhem” isə “Bernli”ni sınağa çəkəcək. Son turda “Bornmut”la qollu bərabərə qalan “Çelsi” bu dəfə “Everton”la üz-üzə gələcək.

Turun mərkəzi görüşü Mançesterdə keçiriləcək. “Mançester Yunayted” doğma meydanda “Mançester Siti” ilə münasibətlərinə aydınlıq gətirəcək.

İngiltərə Premyer Liqası, 29-cu tur

7 mart

16:30 ''Liverpul'' – ''Bornmut''
19:00 "Arsenal" – "Vest Hem"
19:00 "Kristal Pelas" – "Uotford"
19:00 "Şeffild Yunayted" – "Norviç"
19:00 "Sauthempton" – "Nyukasl"
19:00 "Vulverhempton" – "Brayton"
21:30 "Bernli" – "Tottenhem"

8 mart

18:00 "Çelsi" – "Everton"
20:00 "Mançester Yunayted" – "Mançester Siti"

9 mart

00:00 "Lester" – "Aston Villa"