bazar, 04 may 2025

DÜNYA FUTBOLU

Kike Setyen: "Leo unikal oyunçudur"

07.03.2020 15:12 Oxundu 431

“Barselona”nın baş məşqçisi Kike Setyen Lionel Messinin komanda üçün əhəmiyyətindən danışıb.
Cempion.az xəbər verir ki, O, katalonların argentinalı futbolçudan asılılığını belə izah edib: “Leo unikal oyunçudur. Belə futbolçu ilə bir yerdə işləmək xoşdur. Bəli, komandada hamının gözü Messini axtarır. Futbolçu olsaydım, mən də belə edərdim. Messi “Barselona”nın oyunlarının nəticəsinə 90 faiz təsir göstərir. Həmişə futbolçularıma deyirəm ki, top komandanın ən yaxşı oyunçusundadırsa, böyük ehtimalla işlərimiz qaydasında gedəcək. Ona görə də hamı topu Messiyə vermək istəyir. Asılılıq da məhz bununla əlaqədardır. Bunu normal qəbul edirəm”. Xatırladaq ki, argentinalı futbolçu bu mövsüm La Liqada keçirdiyi 21 oyunda 18 qol və 12 məhsuldar ötürmə ilə fərqlənib.