çərşənbə, 21 may 2025

BİZİM FUTBOL

"Neftçi" və "Qəbələ"dən böyük hesablı qələbə

07.03.2020 22:04 Oxundu 458


Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura start verilib.

Cempion.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. İlk olaraq "Qəbələ" doğma meydanda "Sumqayıt"ı qəbul edib və 5:0 hesabı ilə qalib gəlib. "Sabah" isə "Neftçi"nin qonağı olub və 0:4 hesabı ilə uduzub.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 görüşlə yekun vurulacaq.

7 mart (şənbə)

18:00. “Neftçi” – “Sabah” - 4:0
Qollar: 
Saman Nərimancahan, 6, Anton Krivatsyuk, 49, Baqali Dabo, 62, Mirabdulla Abbasov, 90
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Kamal Umudlu
“Bakcell Arena”

16:00. “Qəbələ” – “Sumqayıt” - 5:0
Qollar: 
Nikolas Raysel, 34, 89-pen, Amin Seydiyev, 37, Rövlan Muradov, 52, İviça Juniç, 63
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Nicat İsmayıllı
Qəbələ şəhər stadionu

8 mart (bazar)

16:00. “Səbail” – “Zirə”
Hakimlər
: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Rauf Allahverdiyev
“ASCO Arena”

18:00. “Keşlə” – “Qarabağ”
Hakimlər:
 Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rövşən Rəcəbov
“ASK Arena”