bazar, 04 may 2025

BİZİM FUTBOL

Eddi 90 dəqiqə oynadı

08.03.2020 12:30 Oxundu 474


Millimizin üzvü  Eddi İsrafilovun çıxış etdiyi "Albasete" İspaniya Sequndasında növbəti oyununu keçirib.

Cempion.az xəbər verir ki, komanda 31-ci turda səfərdə "Jirona" ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb.

Qeyd edək ki, “Albasete” hazırda 35 xalla 22 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.