bazar, 04 may 2025

BİZİM FUTBOL

Julius Vobay: "Neftçi"nin uzun müddətdir çempion ola bilməməsini anlamıram"

08.03.2020 13:00 Oxundu 586


"Düzünü desəm, Azərbaycan çempionatını daim izləmirəm. İmkan düşdükcə baxıram. Xüsusən də, "Neftçi"nin nəticələrindən xəbərdar oluram".

Cempion.az xəbər verir ki, bunu apasport.az-a "Neftçi"nin sabiq futbolçusu Julius Vobay deyib.

"Ağ-qaralar"ın uğurlu legioner transferlərindən olmuş syerra-leoneli vinger sabiq komandasının hazırkı çıxışını və çempionluq şanslarını dəyərləndirib.

Son klubu Sloveniya "Olimpiya"sı olan və karyerasını başa vurmağı düşünən Vobay "Neftçi"nin uzun müddətdir çempion ola bilməməsini bu cür qarşılayıb:

"Bilirəm ki, "Qarabağ"la xal fərqi 8-dir. Hər halda bunu aradan qaldırmaq asan olmayacaq. Amma "Neftçi"nin sona kimi mübarizə aparacağını düşünürəm. Açığı, "Neftçi" kimi güclü komandanın uzun müddətdir çempion ola bilməməsini anlamıram".

Julius Vobay ölkəmizdə "Xəzər Lənkəran" (2011) və "Neftçi"nin (2012-2013, 2014-2015) formasını geyinib.