bazar, 04 may 2025

DÜNYA FUTBOLU

İsveçrə  millisini Bakıya o gətirəcək

08.03.2020 15:00 Oxundu 486


İsveçrə Futbol İttifaqı milli komandanın baş məşqçisi məsələsinə aydınlıq gətirib.

Cempion.az xəbər verir ki, ittifaq hazırkı çalışdırıcı Vladimir Petkoviçlə yoluna davam etmək qərarına gəlib.

2014-cü ildən yığmanı çalışdıran 56 yaşlı mütəxəssislə hətta yeni müqavilə də imzalanıb. Bağlanan sazişə əsasən, Petkoviç DÇ-2022-nin sonuna qədər komandanın sükanı arxasında dayanacaq.

Ancaq komanda dünya çempionatına vəsiqə qazana bilməsə, ittifaqın müqaviləyə xitam vermək hüququ olacaq.

İsveçrə millisi AVRO-2020-də İtaliya, Türkiyə və Uelslə A qrupunda mübarizə aparacaq. Komanda italyanlarla Romada, digər iki rəqiblə isə Bakıda üz-üzə gələcək.