05.08.2016 18:42
290
290
Əfsanəvi futbolçu Pele XXXI Yay Olimpiya Oyunlarının açılış mərasiminda iştirak edə bilməyəcək. Bu barədə futbol kralının özü açıqlama verib: “Hazırda mən Olimpiadanın açılışında iştirak etmək üçün fiziki cəhətdən hazır deyiləm”. Halbuki həkimlər daha əvvəl Pelenin olimpiadanın açılışında iştirak edə biləcəyini bəyan etmişdilər.
Xatırladaq ki, 75 yaşlı Pele ötən ilin dekabrında əməliyyat olunub. O, hələ də əsasız yeriyə bilmir.
Olimpiadanın açılış mərasimi avqustun 6-da Bakı vaxtı ilə saat 03:00-da başlayacaq.