bazar, 04 may 2025

DİGƏR NÖVLƏR

Taekvondoçularmızdan 7 medal

08.03.2020 12:25 Oxundu 419


Niderlandın Eydhoven şəhərində keçirilmiş “Dutch Open” turnirində Azərbaycan millisi 7 medal qazanıb.
Cempion.az Azərbaycan Taekvondo Federasiyasının rəsmi sayıtına istinadən xəbər verir ki, sayca 47-ci dəfə təşkil olunmuş G1 kateqoriyalı yarışda medallardan 4-ü qızıl, 2-si gümüş, 1-i isə bürünc əyarlı olub. 

Qaşım Maqomedov (58 kq), Milad Beigi (80 kq), Radik İsayev (87 kq yuxarı) və Fəridə Əzizova (67 kq) turnirin qalibi olub. Cavad Ağayev (68 kq) və Payam Qobadi Oğaz (87 kq) yalnız finalda, Bəhruz Quluzadə (54 kq) isə yarımfinalda uduzub. 

Qeyd edək ki, Azərbaycan millisi baş məşqçilər Reza Mehmandust və Elnur Amanovun rəhbərliyi altında Niderlanddan birbaşa Belçikanın Lommel şəhərinə yollanıb. Komanda üzvləri 14-15 martda G2 kateqoriyalı açıq çempionata qatılacaqlar.