09.03.2020 13:00
496


Tovuz stadionunda aparılan tikinti işi dayanıb.
Bu barədə Cempion.az-a məlumat daxil olub.
Buna səbəb isə tikintinin davamı üçün tələb olunan tikinti materiallarının Tovuza gətirilməməsidir. Bu isə maliyyə çatışmazlığı ilə bağlıdır. AFFA SOCAR-dan maliyyə gözləyir. SOCAR isə ən azı yaya qədər əlavə vəsaitin ayırılmayacağını bildirib. Bir sözlə, deyilib ki, əldə olan material hara qədər çatır ora kimi tiksinlər və sonra növbəti vəsait ayırılana qədər gözləsinlər.